Azarkeşlər Salaha hücum etdi - VİDEO
20.11.2023 - 19:56
Məhəmməd Salah azarkeşlərin hücumuna məruz qalıb.
Apasport.az xəbər verir ki, hadisə DÇ-2026-nın seçmə mərhələsinin Sierra Leone – Misir qarşılaşmasına təsadüf edib.
Matçın 88-ci dəqiqəsində ev sahibi komandanın bir neçə azarkeşi meydana daxil olub. Misir millisinin kapitanına doğru qaçan həmin tərəfdarlar hətta 31 yaşlı futbolçunu vurmağa da cəhd ediblər. Ancaq təhlükəsizlik qüvvələrinin zamanında və çevik müdaxiləsi “Liverpul”un oyunçusunu fiziki şiddətə məruz qalmaqdan son anda xilas edə bilib.
Qeyd edək ki, qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0