“Fənərbaxça”da Marko Asensionun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fatih Demirkol məlumat yayıb.
Onun sözlərinə görə, ispaniyalı futbolçu milli komandaya çağırılmamasından sonra ciddi məyusluq yaşayıb.
İddiaya görə, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Asensioya Türkiyədə çıxış etdiyi üçün kifayət qədər diqqət mərkəzində olmadığını bildirib.
Bu səbəbdən 30 yaşlı futbolçu beş böyük liqadan yaxşı təklif alacağı halda “Fənərbaxça”dan ayrılmağı düşünə bilər.
Qeyd edək ki, daha əvvəl “Fənərbaxça”nın yeni prezidenti Aziz Yıldırım “bir futbolçu klubdan ayrılmaq istəyir” açıqlamasını vermişdi.