Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”
31.05.2024 - 20:14
Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”

"Fənərbaxça"da prezidentliyə namizəd olan Aziz Yıldırım seçiləcəyi təqdirdə komandaya qoşula biləcək ulduz adları açıqlayıb.

Apasport.az xəbər verir ki, Adanada konqres üzvləri ilə görüşən Yıldırım hazırkı rəhbərliyin baş məşqçi Joze Mourinyo ilə görüşü ilə bağlı "Mən dedim, getdilər. Seçiləcəyəm, dediyim adam da burada olacaq" deyib. Yıldırım açıqlamasında, "Mourinyo, Lukaku istəyir. Dibala da var. Taliska gəlmək istəyir. Sörlot də var. Bu futbolçulardan 1-2-ni idarə etsinlər, ondan sonra görək nə olacaq", - deyib. 

0