Baloqunun cəzası təxirə salındı - Trampdan FIFA-ya təşəkkür
05.07.2026 - 22:03
Baloqunun cəzası təxirə salındı - Trampdan FIFA-ya təşəkkür

ABŞ millisinin hücumçusu Folarin Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda meydana çıxa biləcək.

Apasport.az xəbər verir ki, FIFA-nın İntizam Komitəsi Bosniya və Herseqovina ilə 1/16 final matçında qırmızı vərəqə alan futbolçuya verilən 1 oyunluq cəzanın bir illik sınaq müddəti çərçivəsində təxirə salınmasına qərar verib.

Bununla da Baloqun Belçika ilə qarşılaşmada komandasına kömək edə biləcək.

Məlumata görə, Baloqunun cəzasının təxirə salınması üçün Ağ Evdən FIFA prezidenti Canni İnfantinoya birbaşa zəng edilib.

ABŞ Prezidenti Donald Tramp da qərardan sonra FIFA-ya təşəkkür edib:

“Bu böyük ədalətsizliyi aradan qaldırdığı üçün FIFA-ya təşəkkür edirik”.