"Barselona" Bundesliqa hücumçusu ilə maraqlanır
20.03.2024 - 15:56
"Barselona" Bundesliqa hücumçusu ilə maraqlanır

"Barselona" Almaniya Bundesliqasından olan hücumçunu izləməyə başlayıb.

Apasport.az "Daily Mirror" nəşrinə istinadla xəbər verir ki, "blauqrana" "Leypziq"in hücumçusu Benjamin Şeşko ilə maraqlanır.

Daha əvvəl məlum olub ki, sloveniyalının müqaviləsində təzminat məbləği 50 milyon avro nəzərdə tutulub. "Barselona"nın bu qiymətə hücumçu almağa gücü çatıb-almayacağı hələlik məlum deyil.

Xatırladaq ki, Kataloniya klubu hələ də maliyyə problemləri yaşayır.

Qeyd edək ki, Şeşkonu İngiltərə Premyer Liqasının bir sıra komandaları, o cümlədən “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” də izləyir. 20 yaşlı Şeşko Bundesliqanın bu mövsümündə 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

0