"Barselona" "Əl-Əhli"nin hücumçusunu transfer edəcək
30.01.2026 - 12:54
“Barselona” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Misirin “Əl Əhli” klubunun futbolçusu Hamza Abdelkarimi icarəyə götürəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib.
18 yaşlı hücumçu yaxın zamanda “Barselona” üçün tibbi müayinədən keçəcək və icarə müqaviləsi imzalayacaq.
Kataloniya klubu yayda oyunçunun transfer hüquqlarını almaq səlahiyyətinə sahib olacaq.
Hamza bu mövsüm 8 oyuna çıxıb.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0