"Barselona" "Everton"un futbolçusu ilə maraqlanır
28.03.2024 - 12:58
"Barselona" "Everton"un futbolçusu ilə maraqlanır

"Everton"un və Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana "Barselona"ya keçə bilər. 

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Barselona" rəhbərliyi 22 yaşlı belçikalının ötən yay klubdan ayrılan Serxio Busketsi əvəzləyə biləcəyinə inanır. 

"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Onana cari mövsüm “Everton”da 29 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

0