“Barselona” “Jirona”dan futbolçu alır
31.12.2023 - 18:48
"Barselona" yarımmüdafiə xəttini gücləndirir.
Apasport.az xəbər verir ki, "Jirona"nın 26 yaşlı futbolçusu Aleks Qarsiya kataloniyalıların maraq dairəsindədir.
43 yaşlı ispan mütəxəssis Xavi də yarımmüdafiəçinin keçidinin tərəfdarıdır. Hətta çalışdırıcı "Jirona"ya oyunçularından birini və müəyyən məbləğdə pul təklif etməklə gələn ilin yanvarında transferi bitirmək niyyətindədir.
Qeyd edək ki, Qarsiya cari mövsümdə 18 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0