"Barselona" mərkəz müdafiəçisi ilə müqavilə yeniləyəcək
15.01.2025 - 17:27
"Barselona" Ronald Arauxo ilə yeni müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
İspaniya nəhəngi 25 yaşlı uruqvaylı ilə prinsipial razılığa gəlib.
Mərkəz müdafiəçisi ilə klub direktoru Deko arasında müsbət danışıqlar aparılıb. Rəsmi müqavilə detalları yaxın günlərdə müzakirə olunacaq.
Qeyd edək ki, Arauxo 2020-ci ildən "Barselona"nın əsas heyətində forma geyinir. Cari mövsümdə 2 matça çıxan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
0
0