“Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı
17.09.2024 - 09:57
“Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı

Qadın futbolçulardan ibarət “Barselona” klubu futbolçusu Aytana Bonmati ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçunun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

Bonmati kataloniyalılarla 275 oyunda 96 qol vurub. O, klub tarixinin bombardiridir. Futbolçu “Barselona” ilə 23 titul qazanıb. O, ötən il “Qızıl top” mükafatının sahibi olub.

0