"Barselona" qolkiperini buraxmayacaq
15.02.2025 - 11:19

La Liqa təmsilçilərindən "Barselona" yayda klubla müqaviləsi başa çatan Voytsex Şensnıyla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Kataloniya nəhəngi polşalı qapıçını komandada saxlamaq istəyir. Bu barədə klubun idman direktoru Deko yerli mətbuata açıqlamasında məlumat verib.
Voytsex Şensnıy "Barselona" ilə neçə illik müqavilə imzalanacaq?
"Barselona" 34 yaşlı qolkiperə 1 illik yeni müqavilə təklif edəcək.
Şensnıyın "Barselona" statistikası
Qeyd edək ki, Voytsex Şensnıy ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli "əlcək sahibi" Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0