“Barselona” Super Kubokda rekord qırdı – “Atletik Bilbao”ya 5 cavabsız qol
08.01.2026 - 10:54
“Barselona” Super Kubokda rekord qırdı – “Atletik Bilbao”ya 5 cavabsız qol

İspaniya Super Kubokunun yarımfinalında "Barselona" "Atletik Bilbao"nu böyük hesabla məğlub edib – 5:0.

“Blauqrana”nın heyətində Rafinya dubla imza atıb. Digər qolları Ferran Torres, Fermin Lopes və Runi Bardji vurublar.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, katalonlar bu nəticə ilə turnir tarixində ən böyük fərqli qələbəni qazanaraq İspaniya Super Kubokunun rekordunu qırıblar.

Qeyd edək ki, ikinci finalçı bu gün keçiriləcək "Real Madrid" – "Atletiko Madrid" derbisində müəyyənləşəcək. Final qarşılaşması isə yanvarın 11-də baş tutacaq.