“Barselona” Yamalla müqavilə yeniləyəcək
24.02.2025 - 16:19

La Liqa təmsilçilərindən “Barselona” futbolçusu Lamin Yamalla müqavilə müddətini uzadacaq.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
18 yaşlı vingerin sözləşməsi 2030-cu ilin yayına kimi uzadılacaq.
Yamalın indiki müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 33 oyuna 11 qol vurub, 16 məhsuldar ötürmə edib.
0
0