"Barselona" yeni kapitan seçir - əsas namizədin adı açıqlanıb
26.07.2024 - 17:51
"Barselona" yeni kapitan seçir - əsas namizədin adı açıqlanıb

Kataloniya "Barselona"sında yeni kapitan seçilir.

Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.

Mənbənin sözlərinə görə, qolkiper Mark-Andre ter Ştegen kapitanlıq sarğısına əsas namizəd hesab olunur.

Arauxo, Frenki de Yonq, Robert Levandovski və Pedri də mümkün komanda kapitanlarıdır.

Xatırladaq ki, ötən mövsüm Kataloniya nəhəngi İspaniya çempionatını ikinci yerdə başa vuraraq UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlmişdi.

0