"Barselona"da ciddi itki
21.01.2025 - 17:19
"Barselona"da ciddi itki

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

26 yaşlı futbolçu La Liqanın 20-ci turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb. Danielin ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Beləliklə, Olmo Çempionlar Liqasında bu gün "Benfika"ya  qarşı keçiriləcək oyunu buraxacaq. 

Qeyd edək ki, cari mövsümdə Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.

0