"Barselona"da ciddi itki
18.01.2026 - 16:20
İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger sağ ayaq əzələləsindən zədə alıb. 29 yaşlı futbolçu sabah "Real Sosyedad"la keçiriləcək La Liqa matçında iştirak etməyəcək.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0