"Barselona" UEFA Çempionlar Liqasında antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyununa (2:1) təsadüf edib.
Kataloniyalılar ardıcıl 15 matçda qapılarını toxunulmaz saxlaya bilməyiblər.
Həmin göstərici İspaniya klubları üçün ən uğursuz seriya olub. "Barselona" 2025-ci ilin aprel ayından bəri Çempionlar Liqasının hər matçında ən azı bir qol buraxıb.
Komanda sonuncu dəfə "Borussiya" üzərində 4:0 hesablı qələbə qazandığı qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Kataloniya təmsilçisi ümumi nəticədə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA