"Barselona"nın Jorjinyo planı
28.03.2024 - 22:20
Jorjinyo "Arsenal"ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, "Barselona"nın maraq dairəsinə düşüb.
32 yaşlı yarımmüdafiəçinin "topçular"la müqaviləsi mövsümün sonunda başa çatır. Sözləşmənin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb.
Futbolçunun keçidində kataloniyalıların idman direktoru Deko maraqlıdır. Maliyyə problemləri yaşayan klub Jorjinyonun azad agent olmasını gözləyir.
Qeyd edək ki, o, bu mövsüm Premyer Liqada 18 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0