!["Barselona"nın Levandovski planı](https://apasport.az/storage/news/2025/february/12/big/67ac75b4089e067ac75b4089e1173935557267ac75b4089d667ac75b4089df.webp)
"Barselona" Robert Levandovski ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub hücumçunu komandada saxlamaq niyyətindədir.
Kataloniyalılar forvardla yeni müqavilə imzalamağı planlaşdırır.
Polşalı ilə aparılan danışıqlar prosesi müsbət nəticələnib. O, klubun təklifinə razılıq verib.
Sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub. Tərəflər yaxın günlərdə yeni müqaviləni rəsmən açıqlayacaqlar.
Xatırladaq ki, Robert 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib.