“Barselona”nın qapıçısı əməliyyat olundu
08.12.2023 - 15:33
“Barselona”nın qapıçısı əməliyyat olundu

“Barselona”nın qapıçısı Mark-Andre Ter-Ştegen belindəki problemə görə əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bunu İspaniya  klubunun mətbuat xidməti açıqlayıb.

31 yaşlı futbolçunun təxminən 2-3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu əməliyyatı Bordo Merignac idman klinikasında klubun tibbi xidmətinin nəzarəti altında doktor Amelie Leqlise həyata keçirib. Futbolçunun yaşıl meydanlara qayıdışı sağalma tempindən asılı olacaq.

Qeyd edək ki, qapıçı Almaniya millisinin düşərgəsində zədələnib.
 

0