"Bavariya" 50 milyon avroya futbolçu ala bilər
29.03.2024 - 11:58
"Bavariya" 50 milyon avroya futbolçu ala bilər

Belçika millisinin və "Everton"un yarımmüdafiəçisi Amadu Onana karyerasını Almaniya çempionatında davam etdirə bilər.

Apasport.az “The Telegraph” saytına istinadən xəbər verir ki, "Bavariya" belçikalını heyətinə qatmaqda maraqlıdır.

Mənbənin məlumatına görə, Almaniyanın top-klubunun rəhbərliyi bu yay futbolçunun transferini təşkil etmək istəyir.

"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Onana ilə “Everton” arasındakı müqavilə 2027-ci ilin yayında başa çatır. 22 yaşlı yarımmüdafiəçi İngiltərə çempionatının bu mövsümündə 22 matçda iştirak edib, 2 qol vurub.

0