"Barselona"nın futbolçusu "Bavariya"dan imtina etdi
17.06.2025 - 12:36

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez "Bavariya"nın diqqətini çəkib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya klubunun nümayəndələri futbolçunun yaxınları ilə əlaqə yaradıb.
Lakin Lopez Kataloniya klubunda qalmaq niyyətində olduğunu bildirib.
İspaniya çempionatının başa çatan mövsümündə 22 yaşlı yarımmüdafiəçi 28 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0