"Bavariya" "Çelsi"nin müdafiəçisini izləyir
25.03.2024 - 09:56
"Bavariya" Alfonso Devisin klubu tərk edə biləcəyi təqdirdə müdafiəçi axtarışındadır.
Apasport.az xəbər verir ki, Münhen klubu hazırda icarə əsasında Dortmund "Borussiya"sında çıxış edən "Çelsi"nin futbolçusu Yan Matseni izləyir.
Daha əvvəl Devisin yay mövsümündə “Bavariya”dan ayrılacağı və karyerasını “Real Madrid”də davam etdirəcəyi barədə məlumat yayılmışdı. Münhen komandası onun yerinə "Milan"dan Teo Hernandesi də nəzərdən keçirir.
Matsen bu mövsüm 27 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 20 milyon avro olaraq qiymətləndirilir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0