“Bavariya” futbolçusunu icarəyə göndərib
08.01.2026 - 23:56
“Bavariya” futbolçusunu icarəyə göndərib

“Bavariya” qapıçısı Daniel Peretsi icarəyə göndərib.

Apasport.az xəbər verir ki, israilli qolkiper mövsümün sonunadək “Sauthempton”un formasını geyinəcək.

Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qapıçı mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirib.

Qeyd edək ki, Perets 2023-cü ilin yayında “Makkabi” klubundan “Bavariya”ya transfer olunub.