"Bavariya" Keynə əvəzləyici tapıb
28.03.2025 - 16:18
"Bavariya" Keynə əvəzləyici tapıb

"Leypziq"in sloveniyalı hücumçusu Benjamin Şeşko Almaniyada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, "Bavariya" "Bulls"un hücumçusunun xidmətində maraqlıdır.

"Bavariya" Şeşkonu Herri Keynin uzunmüddətli əvəzləyicisi hesab edir.

Bundan əvvəl mətbuatda Keynin İngiltərəyə qayıtmaq istədiyi ilə bağlı məlumatlar yayılmışdı.

Şeşkonun "Leypziq"lə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir. Sloveniyalının bazar dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.