"Bavariya" "Real"ın müdafiəçisi ilə maraqlanır
05.12.2024 - 14:36
"Bavariya" mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Real"ın müdafiəçisi Raul Asensio üçün hərəkətə keçib.
Almaniya nəhəngi ispaniyalını heyətinə qatmağı planlaşdırır.
Asensionun "Real"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Bavariya" öncə ispaniyalını icarəyə götürüb, daha sonra isə təzminat məbləği ödəyərək birdəfəlik heyətinə qatmaq niyyətindədir.
21 yaşlı müdafiəçi "Real"ın yetirməsidir və yalnız bu klubda oynayıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0