"Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm
12.06.2026 - 13:28
"Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm

“Bavariya” rəhbərliyi Maykl Olise ilə bağlı mövqeyini açıqlayıb.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı vingerə maraq göstərən “Real”a futbolçunu satmaq niyyətində deyil.

Daha əvvəl Madrid klubunun fransalı oyunçu üçün 150 milyon avroluq təklifinin rədd edildiyi bildirilmişdi.

“L'Équipe” nəşrinə danışan “Bavariya” rəsmilərindən biri Olisenin klub üçün toxunulmaz olduğunu deyib:

“Olise 200 milyon avroya da getməyəcək. O, qiymətsizdir. Onu 500 milyon avroya da satmarıq. Açığı, “Real”ın 150 milyon avroya onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm”.

Qeyd edək ki, Maykl Olise ötən mövsüm “Bavariya”nın heyətində 52 matçda meydana çıxıb, 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.