"Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
22.04.2025 - 12:53

"Milan"ın mərkəz müdafiəçisi Malik Tiav Bundesliqa nəhənglərinin radarına düşüb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Bavariya" və "Bayer Leverkuzen" 23 yaşlı futbolçu ilə maraqlanır.
"Milan" futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm futbolçu "rossonerilər"in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 1 qol vurub və məhsuldar ötürmə edib. Alman futbolçunun "Milan"la müqaviləsi 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Malik daha əvvəl "Şalke 04"də çıxış edib.
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
- Premyer Liqaya yüksələn iki klub bəlli olub
0
0