"Bavariya" və "Yuventus" ingilis futbolçu uğrunda mübarizəyə qoşulub
25.04.2025 - 09:16

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton Avropa nəhənglərinin radarına düşüb.
Futbolçu ilə daha öncə "Mançester Yunayted" maraqlanırdı.
Apasport.az "Teamtalk"a istinadla xəbər verir ki, 21 yaşlı ingilis üçün "Bavariya" və "Yuventus" da yarışmağa hazırdır.
"Transfermarkt" Yarımmüdafiəçinin dəyərini 35 milyon avro olaraq qiymətləndirib.
Adam bu mövsüm "Kristal Pelas"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
0
0