"Bavariya" yanvarda oyunçusunu satacaq
12.09.2024 - 09:55
"Bavariya" yanvarda oyunçusunu satacaq

Bundesliqa nəhənglərindən "Bavariya"nın vingeri Kinqsli Koman qış "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, Münhen klubu yayda fransızla yollarını ayıracaqdı, lakin o, Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdi.

Mətbuata görə, "Bavariya" hələ də Komanı satmaq istəyir.

Klub rəhbərliyi yanvarda 28 yaşlı futbolçuya İngiltərə Premyer Liqası təmsilçilərindən təklif alacağına ümid edir.

"Transfermarkt" portalı onun dəyərini 50 milyon avro olaraq qiymətləndirib.

0