“Bavariya”nın baş məşqçi planı
25.03.2024 - 20:55
“Bavariya”nın baş məşqçi planı

"Bavariya"nın baş məşqçi planları bəlli olub.

Apasport.az xəbər verir ki, klubun bir nömrəli namizədi Xabi Alonsodur.

Lakin münhenlilər onunla razılığa gələ bilməsə, ikinci variantı da hazır saxlayıb. Almaniya təmsilçisi "Brayton"un çalışdırıcısı Roberto De Zerbini bu posta nəzərdən keçirir.

Qeyd edək ki, "Bavariya"nın baş məşqçisi Tomas Tuxellə mövsümün sonu yolların ayrılacağı açıqlanıb.

0