"Milan" "Bavariya"ın mərkəz müdafiəçisi Kim Min-Jae ilə müqavilə imzalamaqda maraqlıdır.
Apasport.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Müdafiəçi klubun müdafiəsini gücləndirmək üçün prioritet hədəfləri arasında yer alıb. Klub hazırda almaq imkanı ilə icarəyə götürmə imkanlarını araşdırır.
Münhen klubu hələlik oyunçu üçün bu cür şərtləri qəbul etməyə hazır olduğunu təsdiqləməyib.
Kim Min-Jae artıq 2022/23 mövsümündə A Seriyasında "Napoli"də oynayıb və onlarla birlikdə İtaliya çempionluğunu qazanıb. Bu mövsüm o, bütün yarışlarda 17 oyunda bir qol vurub.
Qeyd edək ki, Kim Min-Jae sabiq klubu "Fənərbaxça"nın da hədəfindədir