“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ
01.05.2025 - 13:55
“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ

Almaniya Bundesliqası təmsilçilərindən "Bayer" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Herta" forması geyinən 19 yaşlı yarımmüdafiəçi İbrahim Mazanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Leverkuzen təmsilçisi bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəniş edib. Tərəflər arasında danışıqlara əsasən, İbrahimlə 2030-cu ilə qədər müqavilə imzalanıb. O, komandaya yayda qoşulacaq.

Qeyd edək ki, Əlcəzair millisinin üzvü bu mövsüm "Herta"nın heyətində iştirak etdiyi 33 rəsmi matçda 7 qol, 5 assistlə yadda qalıb.