"Bayer" Fransa millisinin üzvü ilə razılaşıb
20.08.2025 - 14:15

Bundesliqa təmsilçisi "Bayer" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, Leverkuzen klubu bu dəfə Fransa millisinin və "Sevilya"nın müdafiəçisi Loyk Bade ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər 29 milyon avro məbləğ qarşılığında anlaşıblar.
Qeyd edək ki, Loyk Bade "Sevilya"ya 2023-cü ilin yayında "Renn"dən 12 milyon avroya transfer edilib.
0
0