“Bayer”in futbolçusu “Arsenal”ın hədəfində
02.12.2023 - 15:21
“Bayer”in futbolçusu “Arsenal”ın hədəfində

“Bayer”in futbolçusu Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi “Arsenal”ın hədəfindədir.

Premyer Liqa klubu keçidi yanvarda reallaşdırmaq istəyir. Transferin 34 milyon funt sterlinqə başa gələcəyi gözlənilir.

Qeyd edək ki, “Arsenal” ötən yayda da Frimponqun keçidində maraqlı idi.
 

0