Belçika millisinin üzvü “Atletiko”nu tərk etdi - RƏSMİ
30.06.2025 - 23:26
Belçika millisinin üzvü “Atletiko”nu tərk etdi - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən "Atletiko Madrid"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Aksel Vitsel komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, Belçika millisinin sabiq üzvü 2022-ci ilin yayından "Atletiko"da çıxış edirdi.