Bellinqemin cəzası MÜƏYYƏNLƏŞDİ
19.02.2025 - 23:22
"Real Madrid"in üzvü Cud Bellinqem La Liqada iki oyunluq cəza alıb.
Apasport.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin XXIV turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub.
Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
- Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik”
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
0
0