Benzema "Real"ın bazasında tibbi müayinədən keçəcək
02.05.2024 - 15:56
Benzema "Real"ın bazasında tibbi müayinədən keçəcək

Kərim Benzema "Real"ın bazasında tibbi müayinədən keçəcək. 

Apasport.az "Marca"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu əlavə müayinədən keçmək və zədədən sonra bərpa planını tənzimləmək üçün "Real"ın bazasına yollanıb. 

Klublar arasında razılıq əldə edildiyi üçün o, "Real"ın bazasında olub. Fransalı hücumçunun gələn həftə Səudiyyə Ərəbistanına uçacağı gözlənilir. 

Qeyd edək ki, 2023-cü il iyulun 1-də "Əl-İttihad"a keçən Kərim 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

0