Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR
19.08.2025 - 16:29

Bu gün "Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gəlirlər.
Apasport.az xəbər verir ki, tək oyunluq formatda keçirilən matç Honq Konqda baş tutur.
Bakı vaxtı ilə 16:00-da başlayan qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşirlər.
Qeyd edək ki, həmin görüşdə "Liverpul"un keçmiş futbolçuları Sadio Mane və Fabinyo da bir-birinə qarşı oynayır.
Səudiyyə Ərəbistanı Superkuboku
Yarımfinal
16:00. "Əl-Nəsr" - "Əl-İttihad" 1-1
Qol: S. Mane 10, S. Berqvayn 16
Qırmızı vərəqə: S. Mane 25
0
0