“Tottenhem”in futbolçusu Lukas Berqvall komandadan ayrılmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində başqa kluba keçmək niyyətində olduğunu London klubunun rəhbərliyinə bildirib. İsveçli futbolçu daha çox oyun praktikası qazanmaq və start heyətində müntəzəm yer almaq istəyir.
“Tottenhem”in yarımmüdafiə xəttini gücləndirmək üçün yeni oyunçular axtarması Berqvallın ayrılıq ehtimalını artırır. Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Berqvall 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə keçib. Daha əvvəl “Çelsi” və “Aston Villa” onun transferi üçün cəhd göstərsə də, London klubu danışıqlara razılıq verməmişdi. "Transfermarkt" 20 yaşlı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ