Türkiyə Super Liqa təmsilçilərindən “Beşiktaş” yeni mövsüm üçün hücumçu axtarışlarını davam etdirir.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartal” “Başakşehir” və Polşa millisini forvardı Kşiştof Piontekin keçidini böyük ehtimalla həll edə bilməyəcək. İstanbul klubu 29 yaşlı hücumçunu satmaq istəmədiyini “Beşiktaş”a bildirib.
Bundan sonra klub rəhbərliyi “Sivasspor”un forvardı Rey Manayı transfer siyahısına daxil edib.
28 yaşlı forvard mövsümün sonunda “Beşiktaş”la 2 illik müqavilə imzalaya bilər.
Qeyd edək ki, alban hücumçu daha əvvəl “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, “Barselona”, “Spetsiya”, “Uotford” klublarının da formasını geyinib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı