[b]“Beşiktaş” Vidanın transfer qiymətini açıqladı[/b]
13.07.2018 - 20:53
[b]“Beşiktaş” Vidanın transfer qiymətini açıqladı[/b]

“Liverpul” “Beşiktaş”ın müdafiəçisi Domaqoy Vidanın transferində israrlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qırmızılar” bu keçid üçün yeni təklif göndəriblər.

 

Vidanın Xorvatiya millisinin heyətində dünya çempionatında parlaq çıxışını nəzərə alan Türkiyə təmsilçisi onun transferindən gəlir əldə etmək niyyətindədi. Adalıların isə ikinci təklifi 20 milyon avro olub. İngilislərin təkidini görən İstanbul nəhəngi təcrübəli müdafiəçini buraxmağa razılıq verib. Lakin bunun müqabilində “Liverpul” qarşı tərəfə 35 milyon avro ödəməlidi.

 

Qeyd edək ki, Domaqoy Vida “Beşiktaş”a bu ilin yanvarında Kiyev “Dinamo”sundan keçib.

0