"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Qabriel Paulista və Emirhan Topçunun ardından daha bir müdafiəçini rənglərinə bağlamaq istəyir.
Bu dəfəki hədəf "Auqsburq"un müdafiəçisi Feliks Udokaidir. Artıq Bred Fridl müqavilənin şərtlərini dəqiqləşdirmək üçün Almaniyaya yola düşüb.
26 yaşlı müdafiəçinin transfer qiyməti 7 milyon avro olaraq qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsi gələn il başa çatır.
Qeyd edək ki, 2020-ci ildə "Auqsburq"un formasını geyinən Udokai burada 124 matça çıxıb, 3 qol və 1 qol ötürməsi ilə yadda qalıb.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi