Ciovanni van Bronxorstla yollarını ayıran "Beşiktaş"da baş məşqçi axtarışları davam edir.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın prezidenti Hüseyn Yücel Sergen Yalçınla ilk görüşünü keçirib. İlk təmas nəticə verməsə də, Sergen Yalçın verdiyi açıqlama ilə qapıları "qara-ağlar"ın üzünə bağlayıb.
Məlumata görə, "Beşiktaş"ın Sergen Yalçınla növbəti görüşün olacağı bildirilir.
Digər tərəfdən "qartallar"da daha 2 ad gündəmə gəlib. Bunlardan birincisi Samet Aybabadır.
"Beşiktaş"ın gündəminə gələn digər ad isə İbrahim Üzülmez olub.
Qeyd edək ki, rəhbərlik komandanı yerli baş məşqçiyə həvalə etmək istəyir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”