“Beşiktaş”da ciddi itki
02.04.2025 - 17:36
Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “qara qartallar”ın yeni transferi Elan Rikardo sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun sağ bud əzələsində qanaxma aşkarlanıb. Onun 3 həftə meydanlardan uzaq qalması gözlənilir.
Xatırladaq ki, “Beşiktaş” 21 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində Kolumbiyanın “Ekidad” klubundan 1,9 milyon avro qarşılığında heyətinə cəlb etmişdi.
Qeyd edək ki, futbolçu hələki Super Liqa təmsilçisinin heyətində rəsmi matçda iştirak etməyib.
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
- “Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı
0
0