“Beşiktaş”da ciddi itki
08.04.2025 - 19:25

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəlinin arxa bud əzələsində dartınma aşkarlanıb.
34 yaşlı mərkəz müdafiəçisi Super Liqanın XXX turunda "Kasımpaşa" ilə matçda zədələnərək, meydanı tərk etmişdi.
Qeyd edək ki, "Beşiktaş" Super Liqanın XXXI turu çərçivəsində öz meydanında "Başakşehir"i qəbul edəcək.
0
0