“Beşiktaş”da İtalyano dövrü – Yeni baş məşqçi İstanbula gəlir
05.06.2026 - 11:34
“Beşiktaş”da İtalyano dövrü – Yeni baş məşqçi İstanbula gəlir

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, İstanbul klubu Vinçentso İtalyano ilə razılığa gəlib.

Klubun futbol direktoru Öndər Özen Belçikadakı görüşlərdən sonra İtaliyaya keçərək italiyalı mütəxəssislə bir araya gəlib.

Danışıqların müsbət nəticələnməsinin ardından prezident Sərdal Adalı da İtaliyaya yollanıb və İtalyano ilə son görüşü keçirib.

Tərəflər arasında anlaşma əldə olunub. “Beşiktaş”ın yeni baş məşqçisi Vinçentso İtalyanonun saat 15:00-da İstanbula gələcəyi bildirilir.

Qeyd edək ki, Vinçentso İtalyano son olaraq “Bolonya”nı çalışdırıb. 48 yaşlı mütəxəssis karyerası ərzində “Arzinyano”, “Trapani”, “Spetsiya”, “Fiorentina” kimi komandalarda da baş məşqçi olub.