Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-Xulud” “Beşiktaş”dan icarəyə götürdüyü Cekson Mulekanı birdəfəlik transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Əl-Xulud” 25 yaşlı konqolu hücumçunun transferi üçün “qara qartallar”a 1,5 milyon avro təzminat ödəyəcək.
Xatırladaq ki, “Beşiktaş” Mulekanı 2022-ci ildə Belçikanın “Standard Liege” klubundan 3,35 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, Cekson Muleka bu mövsüm “Əl-Xulud”un heyətində 30 rəsmi oyunda iştirak edib, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı