"Beşiktaş"dan ulduz oyunçularına əfv
15.12.2023 - 12:40
"Beşiktaş"dan ulduz oyunçularına əfv

"Fənərbaxça" derbisindən sonra komanda daxilində zəif performans və intizamsızlıq səbəbi ilə heyətdən kənarlaşdırılan Abubakar, Rozier, Baiyi, Qezzal və Onanaya şad xəbər gəlib.

Apasport.az xəbər verir ki, "qara qartallar" müqavilənin ləğvinə səbəb ola biləcək hüquqi problemlərdən qaçmaq üçün bu futbolçuları əfv etməyi planlaşdırıblar.

Futbol komandalarının baş koordinatoru Samet Aybabanın qısa müddət ərzində əfvlə bağlı məlumat verəcəyi vurğulanıb. Aybabanın açıqlamasından sonra Abubakar, Rozier, Baiyi, Qezzal və Onananın komanda ilə məşqlərə başlayacağı bildirilib.

0