“Beşiktaş”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər
07.09.2025 - 14:37

“Beşiktaş”ın futbolçusu Tayyip Talha Sanuç Super Liqada komandasını dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Qaziantep” müdafiəçi ilə razılıq əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 25 yaşlı oyunçu tibbi müayinədən keçmək üçün Qaziantepə yollanıb.
Qeyd edək ki, Tayyip Talha 2022-ci ildən “Beşiktaş”ın heyətində çıxış edir.
0
0